İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 188 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bununla da koronavirusdan ölənlərin sayı 18988 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2510 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 333699 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 290244 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 3940 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.