Norveç koronavirus pandemiyası ilə bağlı vəziyyətlə əlaqədar Avropanın 5 ölkəsi üçün yenidən 10 günlük karantin rejimini tətbiq edir.

Unikal.org xəbər verir ki,  bunu ölkənin Baş naziri Erna Sulberq deyib.

Onun sözlərinə görə, bu qərar İslandiya, Malta, Niderland, Polşa və Kiprə, eləcə də Farer adaları, İsveç və Danimarkanın bəzi regionlarına şamil edilir.

Qərara əsasən, avqustun 15-dən etibarən bu ölkələrdən gələn şəxslər 10 gün müddətinə karantinə alınacaq.

Bundan başqa, Norveç hökuməti sakinlərə digər ölkələrə səyahət etməməyi tövsiyə edib.