Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Unikal.org xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Prezidentlər avqustun 4-də Beyrut limanında baş verən partlayışdan sonra Rusiya və Fransanın Livan əhalisinə humanitar yardımla bağlı gördüyü tədbirlər və Livandakı daxili vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Makron və Putin, həmçinin, Ukrayna münaqişəsi barədə müzakirə aparıblar. Onlar "Normandiya formatı" çərçivəsində birgə səylərin davam etdirilməsi barədə razılaşıblar.
Fransa və Rusiya liderlərinin telefon danışığında Belarusdakı mövcud vəziyyətə də toxunulub.
Telefon söhbəti zamanı ikitərəfli gündəm və Fransa prezidentinin Rusiyaya mümkün səfərinin hazırlanması kontekstində siyasi, ticarət, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsi, Avropanın təhlükəsizliyi və sabitliyinin möhkəmləndirilməsi ilə bağlı ortaq maraqlar istiqamətində addımların atılması qeyd olunub.