Amerikanın “Forbes” jurnalı "Tik-Tok" sosial şəbəkəsindən ən çox qazanan şəxslərin siyahısını hazırlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda 1-ci yeri ABŞ-ın Luiziana ştatından olan 19 yaşlı rəqqasə Edison Rey İsterlinq tutub. O, 1 il ərzində 54 milyon izləyici toplayıb və bununla 5 milyon dollardan çox qazanc əldə edib.
Edison Rey "Tik-Tok" sosial şəbəkəsinin sayəsində “American Eagle” geyim istehsalçısı və “Spotify” internet xidməti ilə müqavilələr bağlayıb.
İkinci və üçüncü yerlərdə isə Los-Ancelesdən olan Çarli (4 milyon dollar) və Diksi D Amelio (2,9 milyon dollar) bacıları tutub.