Bermud adalarında yaşayan keçmiş NASA mühəndisi "YouTuber" Mark Rober köpək balığının qidalanmasını öyrənmək üçün təhlükəli bir təcrübə keçirib. 

Unikal.org xəbər verir ki, tanınmış "YouTuber" köpək balıqlarının nə ilə qidalandığını sınamaq üçün okeana insan və balıq qanı töküb. 

Belə ki, Rober əvvəlcə təcrübəyə qan pompası sistemi olan səth lövhələri hazırlamaqla başlayıb. Youtuber təhlükəli eksperimenti qeyd edərək sosial mediada hesabından paylaşıb.