Somalinin paytaxtı Moqadişuda partlayış nəticəsində bir nəfər həlak olub, bir  neçə nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, bu barədə Somalinin “Gubjug News” informasiya portalı xəbər verib.

Partlayış paytaxtın Vaberi rayonunda baş verib. Yolun kənarında quraşdırılmış partlayıcı qurğu oradan off-road avtomobilinin keçdiyi vaxt işə düşüb. Ölən və yaralananlar avtomobildə olub. Onların şəxsiyyəti açıqlanmır.

Hazırkı terror hadisəsi ayın əvvəlindən Moqadişonun mərkəzində dördüncüdür. Əvvəlkilərini Əş-Şabab qruplaşması törətmişdi.