Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 12 nəfər dünyasını dəyişib.

Unikal.org  “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4753-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 257 749 insanda (son sutkada 625 nəfər) koronavirus aşkar olunub. Ümumilikdə 205 649 xəstə sağalıb.