Kolumbiya hakimiyyəti avqustun 31-də başa çatacaq karantini uzatmamaq qərarına gəlib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti İvan Duke Boqotada çıxışı zamanı bəyan edib.
“Sentyabrın 1-də yeni mərhələ başlayır. Məcburi təcridetmə əvəzinə [bütün vətəndaşlar üçün] seçmə təcridetmə tətbiq olunur”, – İ.Duke deyib. Prezident izah edib ki, bir çox məhdudlaşdırıcı tədbirlər ləğv ediləcək və iqtisadiyyatın müxtəlif sahələrində işlər yenidən başlayacaq.
Duque əlavə edib ki, səhiyyə sahəsi ilə əlaqədar fövqəladə vəziyyət noyabrın 30-dək davam edəcək.
Koronavirus infeksiyasının ilk halı Kolumbiyada martın 6-da qeydə alınıb. Martın 17-də Duke pandemiya səbəbiylə ölkədə 30 günlük fövqəladə vəziyyət elan edib. Hakimiyyət daha sonra infeksiyanın yayılmasının qarşısını almaq üçün beynəlxalq reyslərin qəbulunu dayandırmaq qərarına gəlib və martın 24-dən aprelin 13-dək daha sonra sentyabrın 1-dək uzadılan ümummilli karantini tətbiq edib.
Son məlumatlara görə, Kolumbiyada koronavirusa yoluxanların sayı 551,696 nəfərə çatıb, 17 612 nəfər dünyasını dəyişib.