Çində koronavirusa qarşı qeyri-adi vaksin sınaqdan keçirilir.
Unikal.org xəbər verir ki, söhbət həşəratların hüceyrələri əsasında hazırlanan rekombinə (gen-mühəndis) vaksinindən gedir.
Peyvəndin hazırlandığı Sıçuan Universitetinin alimləri vaksini artıq meymunlar və digər heyvanlar üzərində sınaqdan keçiriblər. Onun ciddi yan təsirləri hələ aşkarlanmayıb.
Rəsmi dövlət strukturları bu vaksinin klinik sınaqlarına artıq razılıq veriblər.