Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 253 mindən çox artıb.

Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Avqustun 24-ü saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 253 963 nəfər koronavirusa yoluxub, 5 501 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 23 311 719, ölənlərin isə 806 410 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.