Rusiyada son sutka ərzində daha 4696 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  Rusiyada COVID-19-a yoluxanların sayı 966 189 nəfərə çatıb.

Son sutka ərzində 120 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 16 568 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.