Ukraynanın koronavirusa yoluxan sabiq baş naziri, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenkonun vəziyyəti ağır olaraq qalır. 

Unikal.org xəbər verir ki, bu barədə onun mətbuat katibi Marina Soroka bildirib

“Təəssüf ki, hazırda yaxşı xəbərlər yoxdur. Yuliya Vladimirovnanın vəziyyəti ağır olaraq qalır”, - deyə siyasətçinin nümayəndəsi bildirib.

O əlavə edib ki, Timaşenko avqustun 24-dən intensiv terapiya kursu keçir.

Xatırladaq ki, Yuliya Timoşenkonun koronavirusa yoluxmağı barədə məlumat avqustun 23-də yayılmışdı.