Böyük Britaniyada koronavirus vaksininin kliniki sınaqlarının birinci mərhələsi başlayıb.
Unikal.org-un məlumatına görə, vaksin “AstraZeneca” Britaniya-İsveç şirkəti tərəfindən Oksford Universiteti ilə birgə monoklonal anticisimlər əsasında hazırlanıb.
AZD7442 preparatının sınaqlarında 18-55 yaş arasında 48 sağlam şəxs iştirak edir.
Eyni zamanda Hindistanda “AstraZeneca”nın istehsalı olan vaksinin kliniki sınaqlarının ikinci mərhələsi start götürüb.
Sınaqların bu mərhələsində 18 yaşından yuxarı 1,6 minə yaxın şəxs iştirak edəcək.