Əfqanıstanın ilk qadın kinorejissoru Səba Səhər silahlı hücuma məruz qalıb.
Unikal.org xəbər verir ki, 44 yaşlı rejissor avtomobildə olarkən, naməlum şəxs ona atəş açıb.
Hadisə nəticəsində rejissor və onun iki cangüdəni yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Onların həyati təhlükəsinin olmadığı deyilir. Hücumun motivləri ilə bağlı araşdırma aparılır.