"Tramp çox danışır. Əgər ABŞ üzr istəsə və nüvə müqaviləsinə qayıtsa, razılaşma olar".
Unikal.org xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
“ABŞ-ın İsrail və Səudiyyə Ərəbistanı ilə İranı zəif vəziyyətdə müzakirə masasına oturtmağı hədəfləyən “maksimum təzyiq” layihəsi məğlub olub. İran xalqını küçələrə çıxararaq rejimi dəyişdirmək cəhdləri də uğursuz oldu. Bu üsulların işə yaramadığını gördülər”, - deyə Ruhani bildirib.