Məşhur bloger, “Cam&Fam”  "YouTube" kanalının sahibi Lendon Klifford 19 yaşında dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə onun həyat yoldaşı Kamrin İnstaqram səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, Kliffor 6 gün komada olub və ölümündən sonra onun orqanları transplantasiya ediləcək.

Qeyd edək ki, Lendon və Kamrin 16 yaşında övlad sahibi olublar. Gənclər 1,3 milyon izləyicisi olan kanallarında yeniyetmə yaşlarda ata və ana olmağın çətinliklərindən bəhs edirdilər.