Türkiyənin tanınmış ilahiyyatçısı, professor Nihat Hatipoğlunun koronavirusa yoluxması ilə bağlı xəbərlər yayılıb.
Unikal.org xəbər verir ki, yayılan iddialarla bağlı ilahiyyatçının oğlu Osman Hatipoğlu açıqlama verib.
“Dostlar çox soruşanlar var. Atamın rahatsızlığının COVID-19 olub-olmadığı hələlik məlum deyil. Allaha minlərcə şükürlər olsun ki, səhhəti yaxşıdır. Sadəcə daha yaxşı olması üçün sizlərdən dualarınızı gözləyirik"- deyə o, şərh edib.