Braziliyanın "San Paulu" komandasında çıxış edən Brener Souza da Silva karyerasını İtaliyanın "Yuventus" klubunda davam etdirə bilər.

Unikal.org xəbər verir ki, 20 yaşlı hücumçu Turin təmsilçisinin gündəmindədir.

Forvard 2017-ci ildə "San Paulu" debüt edib. Silvanın klubla müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Brener Souza da Silva cari mövsüm 20 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.