İspaniya La Liqasında XVI turun oyunları davam edir.

Unikal.org xəbər verir ki, daha 3 görüş keçirilib.

Günün açılış matçında uğursuz mövsüm keçirən “Valensiya” yüksək yerlərə iddia edən “Qranada”nın qonağı olub. Meydan sahiblərində 1, qonaqlarda isə 2 oyunçunun qırmızı vərəqə aldığı görüşdə “Qranada” əzmkar qələbə qazanıb.

“Selta” doğma arenasında autsayder “Ueska”nı üstələyib. “Atletiko” isə Madriddə “Xetafe”ni məğlub edərək, yenidən vahid lider olub.

Qeyd edək ki, turun digər oyunları dekabrın 31-də keçiriləcək.

İspaniya La Liqası
XVI tur
30 dekabr
“Qranada” – “Valensiya” – 2:1
Kenedi, 45+3, Molina, 88 – Qameyro, 36
“Atletiko” – “Xetafe” – 1:0
Luis Suares, 20
“Selta” – “Ueska” – 2:1
Nolito, 33, Aspas, 61 – Seone, 84