Argentinanın 25 yaşlı futbolçusu Yevgeniya Laprovittola özünü əfsanəvi futbolçu, ölkə yığmasının və "Barselona" klubunun keçmiş oyunçusu Dieqo Armando Maradonanın qızı elan edib.

Unikal.org xarici mətbuata istinadla xəbər verir ki, idmançı Maradonanın onun atası olduğunu sübut etmək üçün artıq məhkəmədə iddia da qaldırıb

Jurnalist Luis Venturanın sözlərinə görə, Maradona ölümündən əvvəl Laprovittolanın arzusu barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun ürəktutmasından öldüyü bildirilir.

Maradonanın rəsmi nokahından 5 övadı var.