ABŞ-da sevgilisi ilə birlikdə səyahətə çıxan gənc qızın cəsədi tapılıb.
Unikal.org xəbər verir ki, bir müddət əvvəl səyahətə çıxan Petito adlı gənc qız anidən yoxa çıxıb. Belə ki, qızın sevgilisi Brian Laundrie Petitonun yoxa çıxmasından sonra evlərinə qayıdıb. O, qızın öz evlərinə getdiyini düşünərək, Petito ilə əlaqə qurmayıb.
Lakin qızın ailəsi Briana Petitonun itkin düşdüyünü deyib. Bundan sonra gənc sevgilisinin axtarışına başlayıb. Axtarışa polis və FTB qüvvələri cəlb olunub. Aylardır "İtkin qız" adı ilə axtarışda olan Petitonun meşəlik ərazidə cəsədi tapılıb.
Polis qızın sevgilisini nəzarətə alıb. Gənc qızın ölümü ilə bağlı araşdırma başlanılıb.