Martın 3-də yerli vaxtla saat 1:40-dan sonra (Bakı vaxtı ilə saat 3:30-dan sonra) Ukraynanın paytaxtında silsilə partlayışlar baş verib.

Bu barədə "Unikal" UNİAN-a istinadən xəbər verir.

Qeyd edilir ki, partlayış səsləri Kiyevin müxtəlif rayonlarında eşidilib.

Hadisə şahidlərinin məlumatına görə, Peçersk, Qoloseevo rayonlarında partlayış səsləri eşidilir.

Şəhərdə hava həyəcanı xəbərdarlığı elan edilib. Bütün paytaxt sakinləri dərhal sığınacaqlara çağırılıb.

Hələlik ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.