Niderlandın baş naziri Mark Rutte Türkiyəyə rəsmi səfərə gəlib.

"Unikal"  xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, Rutte Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Tərəflər ikitərəfli və regional məsələləri, eləcə də Rusiya-Ukrayna müharibəsini müzakirə edəcəklər.