Rusiya Ukraynanın Mariupol şəhərini ələ keçirməklə 2014-cü ildə ilhaq etdiyi Krımla Ukraynanın şərqində separatçıların nəzarətində olan ərazi arasında əlaqə yaratmağa çalışır.
"Unikal" Ukrayna mediasına istinadən xəbər verir ki, müharibəyə qədər 400 min əhalisi olan Mariupolda son iki həftədə su, ərzaq, yanacaq yoxdur.
Yerli orqanlar Mariupolda azı 2300 nəfərin öldüyünü və kütləvi məzarlıqlarda basdırıldığını deyirlər.