Tayvan sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə “Unikal” Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Ocağı 60 km dərinlikdə yerləşən zəlzələnin episentri Tayçunq şəhərindən 133 km cənub-şərqdə (əhali 1 milyon nəfərdən çox) yerləşib.
Sunami xəbərdarlığı verilməyib.Yeraltı təkanlar Taypey şəhərində hiss olunub.