Ukraynaya qarşı keçirilən hərbi əməliyyatları dəstəkləyən rusiyalı məşhurların Latviyaya girişinə qadağa qoyula bilər.
"Unikal" xəbər verir ki, bu barədə “Rosbalt” məlumat yayıb. Ölkənin Mədəniyyət Nazirliyi Ukrayna ərazisinə hərbi əməliyyatların keçirilməsini dəstəkləyən rusiyalı sənətçilərin ölkəyə girişini qadağan etməyi təklif edib.
Bildirilib ki, artıq bununla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müvafiq sorğu göndərilib. Sorğuda 20-dən çox rusiyalının "arzuolunmaz şəxslər" siyahısına salınması istənilib.
Həmin şəxslər arasında rusiyalı məşhurlar - Vika Tsıqanova, Stas Mixaylov, Valeri Gergiev, Nikolay Rastorquev, Polina Qaqarina, Vladimir Maşkov, Nikita Mixalkov, İlze Liepa, Sergey Jukov, Timati və Viktoriya Dainekonun adları yer alıb.
Qeyd edək ki, bundan əvvəl Latviya prezidenti Eqils Levits ölkədə Rusiya telekanallarının yayımınının qadağan edilməsi ilə bağlı çağırış edib.