ABŞ Prezidenti Co Bayden Ukraynadakı müharibədə Rusiyanın heç vaxt qalib gəlməyəcəyini deyib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bayden jurnalistlərə açıqlama verib.
Ağ Ev rəhbərinin sözlərinə görə "Biz ukraynalıların xalqın birliyinin bir qəddar diktatorun planlarından daha güclü olduğunu necə nümayiş etdirdiyini görürük. Çoxdan keçmiş imperiyanı bərpa etməyə çalışan diktator öz məqsədlərinə çatmayacaq, çünki insanlar onun aləmində yaşamaq istəmir. Azad insanlar bunu heç vaxt dəstəkləməyəcəklər. Azad insanlar qaranlığın hökm sürdüyü dünyada yaşamaqdan imtina edirlər", - deyə şərh edib.
Eyni zamanda o, “Putin hakimiyyətdə qalmamalıdır” - ifadəsini işlədib. Baydenin bu bəyanatı Amerikanın Moskvaya münasibətində əhəmiyyətli dəyişikliyi əks etdirir.
Daha sonra Ağ Ev Baydenin “Putin hakimiyyətdə qalmamalıdır” sözlərini izah edib.
"Bayden Rusiyada rejimin dəyişdirilməsinə çağırış etməyib", - Ağ Ev bildirib.