ABŞ Dövlət katibi Entoni Blinkenin İsrail və Fələstinə səfər edəcəyi gözlənilir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, E.Blinken İsrail hökumətinin rəsmilərilə görüşdükdən sonra Fələstinin dövlət başçısı ilə də bir araya gələcək.
ABŞ Dövlət katibinin İsrailin Prezidenti İsaak Hersoq, Baş nazir Naftali Bennet, xarici işlər naziri Yair Lapid, müdafiə naziri Beni Qansla görüşü gözlənilir. Görüşdə İran və Fələstin məsələləri müzakirə olunacaq.