Ukraynada müharibə başlayandan etibarən 12 jurnalist həlak olub. 10 media nümayəndəsi isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Baş prokuroru İrina Venediktova açıqlayıb.
“Rusiyanın hücumu barədə dünyaya həqiqəti çatdırmaq da həyati təhlükəlidir. Müharibədə artıq 12 jurnalist həlak olub”, - deyə Venediktova bildirib.