Polşa prezidenti Anjey Duda Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyini tənqid edib.
"Unikal" xəbər verir ki, o, Budapeştin Ukraynadakı münaqişəyə qarışmaq istəməməsini başa düşmür.
"Bunu başa düşmək mənim üçün də çətindir, çünki bu siyasət Macarıstana çox baha başa gələcək", - Polşa lideri bildirib.
Dudanın sözlərinə görə, Orbanın mövqeyi Macarıstanın Rusiyadan enerji təchizatından asılılığı ilə bağlıdır.
Ağarza Elçinoğlu