Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 357 yoluxma halı qeydə alınıb, 4 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 646 316, ölənlərin sayı isə 16 708 nəfərə çatıb. Virusa yoluxanlardan 1 618 403 nəfərin sağaldığı bildirilib.