Gürcüstanda ötən sutkada koronavirusa 290 yeni yoluxma halı qeydə alınıb. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Məlumata görə, daha 2 nəfər isə koronavirusdan vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 654 665 nəfər yoluxub. Onların 1 636 188-i sağalıb, 16 802-si isə ölüb.