Rusiyada tikinti şirkətinin rəhbəri Musa Auşevi sui-qəsdin qurbanı olub.
"Unikal" xəbər verir ki, o, avtomobildən düşərkən silahlı hücuma məruz qalıb. Belə ki, hadisə anbaan müşahidə kameralarına düşüb.
Belə ki, görüntülərdə naməlum şəxsin özünü telefonla danışırmış kimi göstərib, sonra qəfildən tapançasını çıxararaq Auşevə bir neçə dəfə atəş açması əks olunub. Cinayətkar daha sonra maşına minib və gözdən itib. Hazırda qatil axtarışları davam etdirilir.
Qeyd edək ki, Musa Auşev 2009-cu ildə öldürülən tanınmış rusiyalı iş adamı Makşarip Auşevin qardaşıdır.
Gülayə Mecid