Rusiya kinosunda rol alan fransız aktyor və ssenarist Olivye Siou Rusiya vətəndaşlığını qəbul edib.

"Unikal" xəbər verir ki, Rusiya Federasiyasının vətəndaşlığına qəbul edilənlərin siyahısında “Sioux Olivier, Vladimir, Charles, 18 iyul 1973-cü ildə Fransada anadan olub” qeyd olunub.

Açıq mənbələrə görə, Sioux "Fort Boyard" şousunda, "Mətbəx Parisdə" komediyasında, "Trotski" serialında, "İttifaq Qurtuluş. Qəzəb vaxtı" seriallarında rol alıb.