Türkiyə Suriya ərazisində quru hərbi əməliyyatının nə zaman və harada həyata keçirəcəyini açıqlamaq niyyətində deyil.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avazaya səfəri öncəsi jurnalistlərə açıqlamasında bildirib.O qeyd edib ki, terrorla mübarizə məsələləri Türkiyə və Rusiya arasında imzalanan Soçi memorandumu ilə müəyyən edilib və Türkiyə lideri məsələ ilə bağlı rusiyalı həmkarını telefon danışığı zamanı bir daha məlumatlandırıb.
Ərdoğan, həmçinin, əlavə edib ki, ölkəsi artan terror təhlükəsinə qarşı səssiz qalmayacaq və terrorla mübarizədə Rusiya tərəfindən yardım istəyib.