Fevralın 8-də baş vermiş dağıdıcı zəlzələdən sonra türk səhmlərinin çaxnaşmaya məruz qalmaması üçün Türkiyə Birjası son 24 ildə ilk dəfə olaraq fevralın 14-ü axşama qədər ticarəti dayandırıb .
"Unikal" xəbər verir ki, Borsa İstanbul, birjada əməliyyatların avtomatlaşdırılmış sistem tərəfindən iki dəfə dayandırılmasından sonra "Birjamız səhmlər, fyuçers və opsion ticarətini dayandırmaq qərarına gəldi" deyə açıqlamada bildirilib.
“The Guardian” yazır ki, xarici sərmayədarların Türkiyə iqtisadiyyatına inamı zəlzələdən əvvəl də Ərdoğanın qaçaq inflyasiya ilə mübarizə üçün faiz dərəcələrini artırmayacağını deməsi ilə azalıb. 2023-cü ilin sonuna gözlənilən inflyasiya səviyyəsi 43,2% təşkil edir ki, bu da Türkiyə Maliyyə Nazirliyinin proqnozlaşdırdığı səviyyədən iki dəfə çoxdur.
Sığorta üzrə analitik Şəbbir Ənsari zəlzələlərin Türkiyə iqtisadiyyatına vurduğu ziyanı 1 milyard dollar qiymətləndirib.
2023-cü il fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Suriya , İraq , Liviyada da baş verib .