Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya ilə əlaqəsi olan 200 nəfərə qarşı sanksiya tətbiq etmək qərarı Ukrayna prezidenti Volodimir Zelenskinin fərmanı ilə qüvvəyə minib.
"Unikal" xəbər verir ki, onların arasında Rusiya prezidentinin köməkçiləri Yuri Uşakov və “Rosatom”un top menecmenti Larisa Briçevaya da var.
Fərman dərc edildiyi gündən qüvvəyə minir. Sanksiyalar fiziki şəxslərə, o cümlədən bəzi rusiyalı siyasətçilərə, politoloqlara, dövlət müəssisələrinin rəhbərlərinə və işçilərinə 50 il müddətinə şamil edilir.
Siyahıya həmçinin Rusiya hökumətinin hərbi-sənaye komissiyası kollegiyasının keçmiş rəhbəri İqor Borovkov, Nazirlər Kabinetinin aparat rəhbərinin müavini, Rostexnadzor rəhbərinin müavini Aleksey Ferapontov da daxildir.
Sanksiyaya məruz qalan şəxslərin əhəmiyyətli hissəsi “Rosatom”un nümayəndələridir.