Türkiyənin Antakya vilayətində yerləşən Hatay hava limanında zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aparılan təmir-bərpa işləri nəticəsində aeroport uçuşlar üçün tam hazırdır və işlək vəziyyətə gətirilib.
Qeyd edək ki, Hatay hava limanının zəlzələ nəticəsində uçuş-enmə zolağı tamamilə dağılmışdı. Bu, bölgəyə hava yolu ilə yardımların daşınmasında və xilasedicilərin cəlb olunmasında çətinliklər yaradırdı.