Türkiyədə baş verən zəlzələdən sonra yaranan dağıntılar altında qalanlar sırasında aktyor Çağdaş Çankaya ilə musiqiçi həyat yoldaşı Zilan Tiqris də yer alıb.
"Unikal" xəbər verir ki, onlarla bağlı axtarış günlərdir davam edir. Diyarbakırın Yenişehir bölgəsində doqquzmərtəbəli binanın altında qalan cütlüyün cansız bədəni tapılıb.
Çağdaş "Kuruluş Osman" serialında rol alıb. Zilan isə müxtəlif dillərdə səsləndirdiyi mahnılarla tanınırdı.