Rumıniyada 5,7 bal gücündə zəlzələ baş verib .
"Unikal" xəbər verir ki, bu barədə Rumıniyanın Yer Fizikasının İnkişafı üzrə Milli Tədqiqatlar İnstitutunun saytında məlumat verilib .
“Qorj qraflığının Olteniya şəhərində maqnitudası 5,7, yerin 40 km dərinliyində güclü zəlzələ baş verib”, - institutun açıqlamasında bildirilir.
Ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb.
Eyni zamanda zəlzələnin təkcə Rumıniyada deyil, qonşu Moldovada da hiss olunduğu bildirilib.