Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının koalisiya ortağı Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Türkiyəyə yardım edən bütün ölkələrə təşəkkür edib.
"Unikal" xəbər verir ki, Baxçalı Türkiyədə baş verən zəlzələdən sonra dünyanın bir çox ölkəsinin köməyə tələsdiyini qeyd eib.
“Yaponiya, İspaniya, Azərbaycan, Yunanıstan, Səudiyyə Ərəbistanı, İsrail, Ermənistan, Hindistandan Avropa ölkələrinə - 70-ə yaxın ölkə Türkiyənin köməyinə qaçıb. Hər kəsə təşəkkür edirəm”, - deyə Bahçeli bildirib.