Gürcüstan Türkiyənin zəlzələ bölgəsinə 85 xilasedici göndərib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidməti məlumat yayıb.
Xilasedicilər Adıyaman şəhərində axtarış-xilasetmə işlərinə dəstək verəcək. Yeni qrup zəlzələ bölgəsində fəaliyyət göstərən gürcüstanlı xilasediciləri əvəz edəcək.
Xilasetmə qrupu müasir akustik cihazlar, dronlar və kommunikasiya vasitələri ilə təchiz olunub.