Kahramanmaraşda 5,1 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. 

Zəlzələnin episentri Kahramanmaraşın Göksun rayonunda yerin 12 km dərinliyində olub. 

Dağıntılar barədə məlumat verilməyib. Evləri zədəli olan vətəndaşlara evlərinə girməmək barədə xəbərdarlıq edilib. 

***21:13

Türkiyənin Kahramanmaraş və Adıyamanın vilayətlərində yenidən zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Afet və Acil Durumlar (AFAD) xidməti məlumat dərc edib. 

Məlumata görə, ilk zəlzələ Kahramanmaraşın Göksun rayonunda 3,9 bal, daha sonra Adıyamanın Çelikhan rayonunda isə 4,3 bal gücündə yeraltı təkanlar qeydə alınıb. 

Ağarza Elçinoğlu