Ermənistanda naməlum şəraitdə yaralanan hərbçi ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlayıb.
Məlumata görə, fevralın 19-da N saylı hərbi hissənin sıravi əsgəri Hayk Aramoviç Petrosyan hələ aydınlaşdırılmayan şəraitdə aldığı ölümcül güllə yarasından ölüb.
***19.02.2023 / 22:15
Ermənistan Silahlı Qüvvələrinin əsgəri Ayk Aramoviç Petrosyan naməlum şəraitdə ölümcül yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə zolağında baş verib.
Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Qeyd edək ki, yanvarın 30-da da Ermənistanın Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri güllə yarası alıb.