Türkiyənin Qaziantep bölgəsində baş verən zəlzələdə dağılan binanın podratçıları Ali Əmrə və Əhməd Yıldız həbs edilib.
"Unikal" xəbər verir ki, Adıyamanda zəlzələ nəticəsində dağılan binanın podratçısı Yıldıray Varkının isə xaricə qaçarkən İstanbul Hava Limanında saxlanılıb.
Bununla da Türkiyədə baş verən zəlzələ nəticəsində dağılan binaların tikintisi zamanı yol verilən pozuntulara görə həbs edilənlərin sayı 133 nəfərə çatıb.