Episentri Kahramanmaraşın Pazarcık rayonunda ba verən 7,7 bal gücündə zəlzələ zamanı Adıyamanın Gölbaşı rayonundakı 3 göldən ikisinin alov içində olduğu iddia edilib.
"Unikal" haberler.com-a istinadən xəbər verir ki, hadisə anı anbaan kameralara əks olunub.
2 tektonik göldən yüksələn alova şahid olanlar "Əvvəlcə uğultu gəldi, çıxdıq bayıra. Uşaqlar elə bildilər ki, bomba atılıb. Sonra qarşı tərəfdən qırmızı işıqlar yandı.Bu zaman onun alov alduğunu gördük" deyə ifadə ediblər.
Sözügedən görüntülər sosial mediada gündəm yaradıb.