Gürcüstanda keçirilən etiraz aksiyaları Kiyevdəki “Maydan”ı xatırladır.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Bu, Kiyevdəki Maydana çox bənzəyir (2014-cü ildə Kiyevin mərkəzində baş verən hadisələr Ukraynada dövlət çevrilişinə səbəb olmuşdu - red.). Şübhə yoxdur ki, büdcəsinin 20 faizi həcmində xaricdən maliyyə alan qeyri-hökumət təşkilatlarının qeydiyyatı haqqında qanun yalnız hakimiyyəti zorakılıqla dəyişmək cəhdi üçün bəhanə olub", - Lavrov vurğulayıb.
Nazir qeyd edib ki, Aİ diplomatiyasının rəhbəri Cozep Borrelin baş verənlərə reaksiyası "açıq-aşkar ikiüzlülükdür".
Gülayə Mecid