Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hamza Dağ ötən gün prezident Rəcəb Tayyib Ərdoğanla “ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan arasında keçirilən görüşü şərh edib.
"Unikal" xəbər verir ki, AKP rəsmisi görüşü müsbət qiymətləndirdiyini deyib.
“Görüşü müsbət hesab edirəm. Siyasət müzakirə etmək üçün var. Bilirəm ki, müzakirələrdən sonra ölkəmizin məmnun qalacağı nəticə olacaq”, - deyə sədr müavini bildirib.
Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri zamanı hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,52%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb. Mayın 28-də prezident seçkilərinin ikinci turu keçiriləcək.