Ukrayna və Polşa arasında təhlükəsizlik sazişi bağlanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb. 

Polşanın baş naziri Donald Tusk Zelenskini təhlükəsiz Ukrayna və təhlükəsiz Avropa uğrunda mübarizəyə görə dəstəkləyib və Ukraynanın hər zaman Polşaya arxalana biləcəyini bildirib.

Razılaşma NATO-nun iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək sammitindən əvvəl imzalanıb. 

***14:20

Ukrayna prezidenti Volodimir Zelenski baş nazir Donald Tusk ilə görüşmək üçün Polşaya gedib. 

"Unikal" xəbər verir ki,  bu  barədə Ukrayna KİV-ləri məlumat yayıb. 

Qeyd olunur ki, Zelenski Tuskla danışıqlar aparmağı və Ukrayna ilə Polşa arasında müdafiə sazişi imzalamağı planlaşdırır.

Gülayə Mecid