Azərbaycanın Tehrandakı səfirliyi bu ay fəaliyyətini bərpa edəcək.
"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyinin Avrasiya üzrə nazirinin köməkçisi və baş direktoru Müctəbi Dəmirçilu deyib ki, onlar yaxın 15-20 gün ərzində səfirliyin fəaliyyətini bərpa edəcəyini gözləyirlər.
Xatırladaq ki, ötən ilin yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı terror hücumu həyata keçirilib. Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş - Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.
Bu hadisədən sonra Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandıraraq diplomatları təxliyə edib.
Ağarza Elçinoğlu